“Göztəpə“nin yeni baş məşqçisi müəyyənləşdi - Türkiyə Superliqa
Türkiyə Superliqa təmsilçisi "Göztəpə"nin yeni baş məşqçisi müəyyənləşib.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Tamer Tunanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə İlhan Palut təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Göztəpə" hazırda ölkə çempionatında 12 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər 812 dəfə oxundu.