Dekabr ayının ən yaxşısı Xosep Qvardiola oldu
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Futbolmedia.az
-ın Premyer Liqanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola yenə bütün həmkarlarını qabaqlayıb.

Ardıcıl 4-cü dəfə ayın ən yaxşısı adına layiq görülən ispaniyalı mütəxəssis bu göstərici ilə Premyer Liqanın tarixinə düşüb.

Qeyd edək ki, Qvardiolanın komandası Premyer Liqada 22 turdan sonra 62 xalla turnir cədvəlinin şəriksiz lideridir.

Xəbər 974 dəfə oxundu.