Çin klubu Xavyer Maskeranonu transfer etdi
“Barselona”nın müdafiəçisi Xavyer Maskerano kayerasını Çində davam etdirəcək.

Futbolmedia.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu “Xebey Çayna Forçun”la anlaşıb.

Çin təmsilçisi keçidə görə “Barselona”ya 10 milyon avro ödəyəcək. 33 yaşlı futbolçunun keçidi tezliklə rəsmən açıqlanacaq.

Xəbər 870 dəfə oxundu.