“Krasnodar“ın hücumçusu Fyodor Smolov “Vest Hem Yunayted“ə keçir
Rusiya millisinin və "Krasnodar"ın hücumçusu Fyodor Smolov karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Futbolmedia.az
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 27 yaşlı forvard "Vest Hem Yunayted"ə keçəcək. Bu transfer London klubuna 18 milyon avroya başa gələcək.

Qeyd edək ki, Smolov 2015-ci ildə "Krasnodar"da çıxış edir. O, bu mövsüm 15 oyuna 10 qol vurub.

Xəbər 967 dəfə oxundu.