Uqo Barqas azarkeşlərlə vidalaşdı
"Neftçi”dən ayrılan Uqo Barqas klubun azarkeşləri ilə vidalaşıb.

Futbolmedia.az
-ın məlumatına görə, o, sosial şəbəkə vasitəsi ilə bunları yazıb: “Neftçi”də oynadığım üçün çox xoşbəxtəm. Artıq getmək vaxtı idi. Belə şeylər futbolun bir hissəsidir. Komanda yoldaşlarıma ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onlar qollar vuraraq, hədəfə çatarlar. Həmişə “Neftçi” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.

Qeyd edək ki, Uqo Barqas Boliviyanın “Bluminq” klubuna transfer olunub.

Xəbər 838 dəfə oxundu.