Honduras millisinin 29 yaşlı sabiq futbolçusu qan xərçəngindən öldü
Honduras millisinin sabiq futbolçusu Xuan Karlos Qarsia dünyasını dəyişib.

Futbolmedia.az
-ın xəbərinə görə, 29 yaşlı futbolçu uzun sürən qan xərçəngindən vəfat edib.

Qeyd edək ki, Honduras millisinin heyətində 34 oyun keçirən Xuan Karlos karyerası ərzində "Marathon", "Olimpia", "Uiqan" və "Tenerife" kimi komandalarda çıxış edib.

Xəbər 859 dəfə oxundu.