“Tottenhem”in futbolçusu Jorj-Kevin Mbida “Bernli”yə keçdi

“Tottenhem”in futbolçusu Jorj-Kevin Mbida digər ingilis klubu “Bernli”yə keçib.

Futbolmedia.az-ın məlumatına görə, bu barədə “Bernli”nin rəsmi saytı xəbər yayıb.

22 yaşlı yarımmüdafiəçi yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, fransalı futbolçunun “Tottenhem”lə 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər 726 dəfə oxundu.