“Torino“ baş məşqçisini qovdu
"Torino" baş məşqçisi Sinişa Mixayloviçi istefaya göndərib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, komandanın 1/4 finalda "Yuventus"a 0:2 hesablı məğlubiyyətindən sonra bu qərar verilib.

Qeyd edək ki, "Torino" İtaliya A seriyasında son 17 matçda cəmi 3 qələbə qazanıb. Komanda hazırda 10-cu pillədə qərarlaşıb.

Xəbər 652 dəfə oxundu.