Qrizmann sıradan çıxdı
"Atletiko"nun futbolçusu Antuan Qrizmann zədələnib.

Futbolmedia.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi"yə qarşı matçda zədə alıb. Tibbi müayinədən keçən A.Qrizmannın omba əzələsində problem olduğu müəyyənləşib.

Bu səbəbdən onun La Liqada "Betis"lə görüşü buraxacağı dəqiqləşib. Qrizmannın "Alaves"ə qarşı matça kimi hazır olub-olmayacağı məlum deyil.

Xəbər 901 dəfə oxundu.