“Şaxtyor“un baş məşqçisi mətbuat konfransına Zorro geyimində gəldi

"Şaxtyor"un (Donetsk) baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının sonuncu turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına məşhur film qəhrəmanı "Zorro"nun geyimində qatılıb.

Futbolmedia.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, verdiyi sözü tutmaq üçün bu addımı adıb.

Fonseka ÇL-də qrupdan çıxacaqları təqdirdə, media nümayəndələrinin önünə “Zorro” geyimində çıxacağına dair söz verib. Komandası bu nəticəyə nail olduğundan, 44 yaşlı mütəxəssis verdiyi sözə əməl edib.

Qeyd edək ki, "Şaxtyor" F qrupunu 12 xalla 2-ci pillədə tamamlayıb.

Xəbər 1074 dəfə oxundu.