İngiltərə Futbol Assosiasiyası Konteni cərimələndi
İngiltərə Futbol Assosiasiyası (İFA) "Çelsi"nin baş məşqçisi Antonio Konteni cərimələyib.

Futbolmedia.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə Premyer 14-cü turunda "Suonsi" ilə matçda birinci hissənin sonunda hakim Nil Suorbikomla mübahisə etməsi səbəb olub. Bu hərəkətinə görə o, tribunaya göndərilməmişdi.

İFA A.Konteni təkcə cərimələnməklə kifayətlənib. O, 8 min funt sterlinq məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, "Çelsi" - "Suonsi" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 805 dəfə oxundu.