Futzal üzrə milli komandamız İran yığmasıyla heç-heçə etdi
Futzal üzrə milli komandamız İranın İsfahan şəhərində təşkil edilən “4 Top Nations” beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib.

Futbolmedia.az-ın xəbərinə görə, yığmamız meydan sahibi İran millisi ilə qarşılaşıb.

Oyun 3:3 hesabı ilə başa çatıb. Komandamızın qollarını Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurub.

Millimiz növbəti oyununu sabah Bakı vaxtı ilə saat 16:30-da Rusiya yığmasına qarşı keçirəcək.

Xəbər 773 dəfə oxundu.