Kaka Çin klubuna keçdi
ABŞ-ın “Orlando Siti” klubundan ayrılan Kaka karyerasını Çində davam etdirəcək.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi Çinin “Quyçjou Çjiçen” klubu ilə anlaşıb. Onun 1 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, 35 yaşlı futbolçu vaxtilə “Real” və “Milan”da da çıxış edib.

Xəbər 889 dəfə oxundu.