İtaliya millisini bu futbolçularda tərk etdi
Canluici Buffonun yığma karyerasını başa vurmasından sonra İtaliya millisinin daha 3 futbolçusu millidən gedib.

Futbolmedia.az xəbər verir ki, Daniele de Rossi, Andrea Bartsali və Corcio Kyellini də yığma karyeralarını başa vurublar. Hər üç futbolçu bu qərarı millinin DÇ-2018-in pley-off mərhələsində İsveçə iki oyunun nəticəsinə görə uduzmasından sonra qəbul edib.

Qeyd edək ki, İtaliya millisi 1958-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak etməyəcək.

Xəbər 878 dəfə oxundu.