Serxio Ramosu ilin ən yaxşısı oldu
Goal.com öz versiyasına görə, 2017-cı ilin ən yaxşı müdafiəçisini seçib.

Qol.az xəbər verir ki, "Real"ın müdafiəçisi Serxio Ramos bu ilin ən yaxşı müdafiəçisi adına layiq görülüb. O, 50 oyunçunun yer aldığı siyahıda birinci olub.


Qeyd edək ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 37 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.

Qeyd edək ki, digər nominasiyalar üzrə qaliblər noyabrın 14-nə kimi açıqlanacaq.

Xəbər 1055 dəfə oxundu.