“Qarabağ“ın məşqçisi UEFA-nın məşqçi kursunda
“Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi Aftandil Hacıyev “PRO” kateqoriyalı məşqçilik kurslarınının növbəti modulunu İsveçrənin Nyon şəhərində keçib.

Futbolmedia.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, gənc çalışdırıcı burada Mirça Luçesku da daxil olmaqla bir sıra mütəxəssislərlə görüşüb.

5 günlük təlimdən sonra Belarusa yollanan Hacıyev kursun növbəti modulunu burada keçirib.

Xəbər 1052 dəfə oxundu.