Samir Ələkbərov:“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm“
“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm.Səhvlərimiz var və bunun üzərində işləməliyik”.

Futbolmedia.az
-ıb məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində Almaniya yığmasına 0:7 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. - Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?

- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü.

- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?

- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.

- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.

- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?

- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım.

- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?

- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.

Xəbər 1034 dəfə oxundu.