Levandovskini aldadıb pulunu aldılar

“Bavariya”nın hücumçusu Robert Levandovski fırıldaqçıların qurbanı olub.

Futbolmedia.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, polşalı futbolçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib.

Ancaq sonradan bunun fırıldaqçıların uydurması olduğu məlum olub.

Bu kələyə inananlardan biri də Levandovski olub. Fırıldaqçılar isə aradan çıxmağı bacarıblar.

Xəbər 1144 dəfə oxundu.