Dik Advokat Hollandiya millisindən istefa verdi
Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılır.

Futbolmedia.az-ın məlumatına görə, bunu Hollandiya mətbuatına açıqlamasında Advokat özü bildirib.

O, noyabrın 14-də Rumıniya ilə keçiriləcək yoldaşlıq oyunundan sonra millini tərk edəcəyini deyib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssisin Hollandiya millisi ilə müqaviləsi dekabrın 1-də başa çatır.

Xatırladaq ki, Advokat bu ilin yazında milliyə baş məşqçi təyin olunub. Onun komandası DÇ-2018-ə vəsiqə qazana bilməyib.

Xəbər 940 dəfə oxundu.