Anar Salmanov:” Rövnəq Abdullayev mənə deməyib ki, səni ömürlük işdən və hakimlikdən qovuram ”
"Mətbuatda oxudum ki, məni işdən Rövnəq Abdullayev qovub. İndi Elxan Məmmədov Anar Salmanova iş verir. Bildirmək istəyirəm ki, bu yalan və böhtandır."

Futbolmedia.Az saytına açıqlamasında bunları sabiq FİFA referesi Anar Salmanov deyib. A.Salmanov hazırki işi və başqa məqamlara da,aydınlıq gətirib. "Bunu yazmamışdan öncə zəng edib mənim fikrimi öyrənmək lazım idi. Mən olanını onlara deyərdim. Məni İşə götürən layihənin yaradıcısı Rəhman Hacıyevdir. Bunu hər kəs bilir. İstər Ramin Musayev, istərsə də, Elxan Məmmədov federasiya rhbərləridir. Onlar məni işə götürməyib. Rövnəq Abdullayev mənə deməyib ki, səni ömürlük işdən və hakimlikdən qovuram. Belə söhbət qətiyyən olmayıb. Heç adam öldürüb qatil olan şəxsə ömürünün axırına qədər zindanda yatmaq nəsib olmur. Ona da belə, aministiyaya düşmək nəsib olur. Məni tanıyan şəxs bilir ki, necə adamam. Hətta yazırlar ki, Anar Salmanov 1200 manat əmək haqqı alır. Hələ mənim əmək haqqı barəsində Rəhman müəllimlə heç söhbətim olmayıb. Dediyim odur ki. bunlar hamısı yalan söhbətdir. Mən nə Rövnəq Abdullayevə, nədə Ramin Musayevə heç bir etiraz bildirməmişəm. Mənim işim hamı bilir ki, kiminlə əlaqədardı. Boş –boş şeylər yazıb aranı qızışdırmaq lazım deyil. Yeri gələndə, Anar salmanov istənilən yerdə işləyə bilər. Çünki mən futbolun, idmanın içindən gələn şəxsəm. Bəziləri kimi kənardan gəlməmişəm. "

Xəbər 1255 dəfə oxundu.