Əliyar Ağayev Avstriya – Serbiya oyununu idarə edəcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda noyabrın 10-da keçiriləcək Avstriya – Serbiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Futbolmedia.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər 1182 dəfə oxundu.