Maradona yenidən yaşıl meydanlara qayıtdı (FOTOLAR)

Futbol dünyasının keçmiş və hazırkı futbolçuları Roma papası Fransiskin istəyi ilə gerçəkləşdirilən "Sülh maçı"nda bir araya gəlib.

Futbolmedia.az
-ın məlumarına görə, Romadakı "Olimpiya" stadionunda keçirilən oyunda Dieqo Maradano, Ronaldinyo, Françesko Totti, Kafu, Alair, Aitor Karanka, Canluka Zambrotta, Rafael Markes, Erik Abidal, Edqar Davids, Xuan Sebastian Veron, Hernan Krespo, Frederik Kanute, Antonio si Natale, Farid Mondraqon, Robert Pires, Nikolas Burdisso və Fernando Kavenaqi kimi məşhur oyunçular iştirak edib.

Xeyriyyə oyununda Ronaldinyo və Veronun forma geyindiyi ağ komanda Maradona və Tottinin mavi komandasına 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu görüşdən əldə edilən vəsait İtaliyadakı zəlzələdə zərərçəkənlərə ayrılacaq.

Xəbər 1644 dəfə oxundu.