“Qarabağ“ın Avstriyada 9-cu günü - foto
Tarix: 28.06.2019 | Saat: 08:53:00 | E-mail | Çapa göndər

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda 9-cu günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) start götürüb və 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.

Qeyd edək ki, "Qarabağ" bu gün Avstriyada üçüncü yoxlama oyununu keçirəcək və Rusiyanın "Ufa" klubu ilə qarşılaşacaq.

Xəbər 866 dəfə oxundu



 
Digər xəbərlər
20.01.2019
“Qarabağ”ın oyunundan fotolar
08.01.2019
Şehiç “Qarabağ“ın düşərgəsində - Fotolar
25.03.2018
“Qarabağ“ - “Sumqayıt“ 2:1 (fotolar)
22.03.2018
Makedoniya yığması millimizlə oyuna belə hazırlaşır (FOTOLAR)
18.01.2018
“Qarabağ“ - “Kuban“ oyunundan fotolar


Şərh əlavə olunmayıb

© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info