Qurban Qurbanov sağlamlığını itirmiş gənclərə dəstək oldu (FOTOLAR)
Tarix: 17.11.2016 | Saat: 09:23:00 | E-mail | Çapa göndər


Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanov fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.

Daha sonra Q.Qurbanova fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib. Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Boççia sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir.

Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub. Baş məşqçi Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.

Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən baş məşqçi onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib.

Xəbər 1620 dəfə oxundu



 
Digər xəbərlər
01.12.2020
“Sumqayıt“ - “Qəbələ“ oyunundan - Fotolar
03.08.2020
“Mançester Siti“ yeni forması - Foto
28.06.2019
“Qarabağ“ın Avstriyada 9-cu günü - foto
20.01.2019
“Qarabağ”ın oyunundan fotolar
08.01.2019
Şehiç “Qarabağ“ın düşərgəsində - Fotolar


Şərh əlavə olunmayıb

© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info