Meksikada 20 futbolçu öldü (FOTOLAR)
Tarix: 11.01.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər

Meksika futbolunda bədbəxt hadisə yaşanıb.

Futbolmedia.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, ölkənin cənubunda Kordoba şəhərində baş verən qəzada 20 futbolçu dünyasını dəyişib.

Adı açıqlanmayan klubun futbolçuları və azarkeşlərini daşıyan avtobus körpüdən çaya aşıb. Buna yüksək sürətlə hərəkət edən avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə 20 futbolçu yerindəcə ölüb və 25 nəfər yaralanıb.

Meksika prezidenti Enrike Penya Nieto “tvitter” sosial şəbəkəsindəki səhifəsində hadisədən məyus olduğunu yazıb və vəfat edənlərin yaxınlarına başsağlığı verib.

Xəbər 91 dəfə oxundu



 
Digər xəbərlər
01.12.2020
“Sumqayıt“ - “Qəbələ“ oyunundan - Fotolar
03.08.2020
“Mançester Siti“ yeni forması - Foto
28.06.2019
“Qarabağ“ın Avstriyada 9-cu günü - foto
20.01.2019
“Qarabağ”ın oyunundan fotolar
08.01.2019
Şehiç “Qarabağ“ın düşərgəsində - Fotolar


Şərh əlavə olunmayıb

© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info