“Neftçi İdman Klubu” Azərbaycanın lider idman təşkilatıdır (FOTOLAR)
Tarix: 29.12.2015 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


2015-ci il "Neftçi İdman Klubu” İctimai Birliyinin üzvləri üçün yaddaqalan olub. Bu ildə klubumuzun idmançıları bir çox beynəlxalq miqyaslı yarışlarda, respublika çempionatlarında parlaq qələbələr qazanıblar.
"Neftçi İdman Klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi istiqamətində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfəsini verir.
2015-ci il ərzində SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, sözügedən işçilər arasında mini-futbol, voleybol, stolüstü tennis, "Səmti müəyyən etmə” və "Atam, anam və mən” idman-turizm yarışı üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub. Bundan əlavə, sentyabr ayında neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilib ki, həmin tədbirdə 1000-dən artıq neftçi iştirak edib.
Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilib. Təkcə bu il ərzində idmançılarımız respublika və beynəlxalq səviyyəli yarışlarda 1812 medal qazanıblar ki, onlardan da 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür. Bu isə ölkədə fəaliyyət göstərən idman klub və cəmiyyətləri arasında rekord göstəricidir.
Bakı-2015 ilk Avropa Oyunlarında qazanılan uğurda "Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay sahibi olmuşlar. Belə ki, oyunlar zamanı idmançılarımıza dəstək məqsədilə klubun əməkdaşları və onların ailə üzvləri, eləcə də idmançılarından ibarət azarkeş qrupları yaradılmışdı. Bu qrupların min nəfər üzvü milli atributların, dövlət bayrağımızın və Avropa Oyunlarının embleminin əks olunduğu idman köynəkləri və baş geyimləri ilə təmin olunmuşdular. Xüsusi forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparan idmançılarını böyük alqış sədaları altında dəstəkləyir və onları qələbəyə ruhlandırırdılar.
İlk Avropa Oyunlarında Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha çox medal qazanan idmançılar da məhz "Neftçi İdman Klubu”nun yetirmələri olmuşdur. Klubumuz bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunmuşdu. Böyük qürur hissi ilə qeyd etməliyik ki, qazanılan 56 medaldan 16-sı "Neftçi İdman Klubu"nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib olmuşlar.
Bundan əlavə, 2015-ci ildə klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında qızıl medal qazanmaqla bərabər, həm də qitə və dünya rekordlarını yeniləmişdir. Güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionatındakı parlaq qələbələri, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu təzələməsi, paralimpiyaçılarımızın Avropa və dünya çempionatlarındakı çoxsaylı rekordlar vurmaları da ilin yaddaqalan və böyük uğurlarındandır.
Təsadüfi deyil ki, ilin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ilin ən güclü 10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü məhz "Neftçi İdman Klubu”nun təmsilçiləridir.
Bütün bu göstəricilər "Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının açıq

Xəbər 219 dəfə oxundu



 
Digər xəbərlər
01.12.2020
“Sumqayıt“ - “Qəbələ“ oyunundan - Fotolar
03.08.2020
“Mançester Siti“ yeni forması - Foto
28.06.2019
“Qarabağ“ın Avstriyada 9-cu günü - foto
20.01.2019
“Qarabağ”ın oyunundan fotolar
08.01.2019
Şehiç “Qarabağ“ın düşərgəsində - Fotolar


Şərh əlavə olunmayıb

© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info