Foqts, bu nömrəni bilirik, başqa nömrə fikirləş
Tarix: 21.06.2013 | Saat: 11:50:00 | Oxunub: 53 | E-mail | Çapa göndər
Anar Xanlarov |

Berti Foqts yenə bizi ələ salıb. İndi də “braşa” buraxıb ki, guya Polşa Futbol Federasiyası bununla əlaqə saxlayıb və bu ölkənin milli komandasına baş məşqçi olmağı təklif edib. Buna inanmaq üçün gərək nə qədər axmaq olasan.
Təsəvvür edin, DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanmağı qarşısına məqsəd qoyan Polşa kimi milli komanda evdə Lüksemburqu uda bilməyən bir millinin baş məşqçisinə təklif göndərir. Hansı axmaq buna inanar? Daha doğrusu, inanan elə axmaqlar olar, hansı ağıllı buna inanar?

Berti Foqtsa məsləhətim odur ki, növbəti dəfə üçün özünü sığortalamaq istəyirsə, başqa nömrələr fikirləşib tapmalıdı. Artıq bu cür nömrələr keçmir. Təbii ki, biz məsələni dəqiqləşdirdik və bunun üçün Polşa Futbol Federasiyasına da zəng vurduq. Adılçəkilən qurumun mətbuat xidmətindən nəinki xəbəri təsdiq etdilər, ümumiyyətlə, gülüşlə qarşıladılar. Bu gülüşün arxasında çox şey yatırdı. Arxasını qoyuram bir kənara, obyektivində yatan 100 faiz Foqts idi. Qoca yaşında özünü qoyub gülüş hədəfinə. Çempionat gedən vaxtı bəhanəsi PFL və Ramin Musayev idi. Yəni, bu qurum qoca almana komandanı bir yerə toplamaq üçün yetərincə zaman vermir. Hətta, millinin oyunlarına 2 həftə qalmış bir müddətdə Premyer Liqanın oyunlarına fasilə verilməsi də Foqtsu razı salmırdı. Ondan olsa, gərək bütün mövsümü ona qurban verəsən. Ancaq əminəm ki, onda da nə isə bir bəhanə fikirləşib tapacaqdı. Lüksemburqla oyun öncəsi isə heç bir bəhanə yox idi. Sadəcə, çıxıb oynayıb udmaq lazım idi. Foqts bunu bacarmırsa, utanmaz-utanmaz yersiz bəhanələrdən niyə istifadə edir? Bu insan başa düşməlidi ki, artıq onun dövrü keçib. AFFA-nı, jurnalistləri, azarkeşləri aldatmaq lazım deyil və bu, Berti müəllimə kömək eləmir, əksinə, onun olan-qalan hörmətini də ayaqlar altına atır. Lüksemburqla oyunda bütün stadion onu istefaya səsləyirdi. Təbii ki, özünə hörmət edən məşqçi çoxdan istefa ərizəsini yazıb getmişdi. Ancaq məlum məsələdi ki, Foqts özünə hörmət etmədiyindən getmək haqda da düşünmür. Onsuz bu haqda sözümü bir dəfə demişəm ki, Foqts, Lippert kimi məşqçilər öz xoşları ilə gedən deyillər, onların gərək arxasına təpik vurub qovasan. Başa düşürəm, yarımçıq qovanda təzminatında ödəməlisən. Amma bu qədər camaatın əsəbi ilə oynayıb onları stressə salınca, cəhənnəm olsun o təzminat, verin çıxıb cəhənnəm olub getsin. Onsuz nə qədər pulu havaya sovrulmusunuz, bu da həmin pullardan biri olsun. Ancaq bizim AFFA-da oturan futbol başbilənlərimiz hələ də nəyisə fikirləşir.

Özü də maraqlı olan bilirsiniz nədir? Foqtsun ünvanına əcnəbi təkliflər nədənsə millimiz uduzanda, almanın istefa məsələsi gündəmə çıxanda gəlməyə başlayır. O vaxtı Qazaxıstana səfərdə məğlub olan günün səhərisi xəbər yayıldı ki, guya, Foqtsla “Zenit” maraqlanır. İndi də Lüksemburqla evdə məğlubiyyətə bərabər heç-heçənin ardından Polşa millisinin ona baş məşqçi postunu təklif etməsi xəbəri yayılır. Məlum məsələdir ki, bütün bunlar Foqts və ətrafı tərəfindən ortasya atılmış nömrədi. Məhz buna görə mən də bir daha bəyan edirəm ki, bu nömrə də artıq keçmir daha “samallı” nömrə fikirləşmək lazımdı. Onsuz sizdə gedən sifət yoxdu.

Anar XANLAROV




 
Müəllifin son yazıları

22.04.2014 Qovun, bu xəyanətkarı “Neftçi“dən! - YAZI
19.04.2013 Adaş, belə olmaz axı... (YAZI)
10.04.2013 Utanmasan, təyyarə istəməyə nə var ki (YAZI)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info