Azərbaycana verilən vaxtın müddəti uzadıldı - UEFA
Tarix: 08.04.2021 | Saat: 16:07:00 | Oxunub: 731 | E-mail | Çapa göndər
UEFA Avro-2020-yə ev sahibliyi edəcək azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb.

Futbolmedia.az "France Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi nümayəndəsi açıqlama verib. Onun sözlərinə görə, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb.

Qeyd olunub ki, bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi mümkündür.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Neftçi“ “Zirə“yə, “Sabah“ autsayderə qarşı - YENİLƏNİR
17.04.2021
Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
16.04.2021
Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
16.04.2021
Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
16.04.2021
Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info