Poçettino: “ Bu performansımızı təkrarlamağa çalışacağıq“
Tarix: 08.04.2021 | Saat: 13:15:00 | Oxunub: 771 | E-mail | Çapa göndər

“Avropanın ən yaxşı klubuna qarşı oynamağımıza baxmayaraq, çətin vəziyyətlərdə özünü göstərən komandanın nəticəsindən, münasibətindən məmnunam. Futbolçuları təbrik etməliyik, özlərini qurban verdilər. Bu performansımızı təkrarlamağa çalışacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 3:2 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

"Qalib gəldikdə, verdiyiniz qərarları izah etmək həmişə daha asandır. Hamıya elə gəlir ki, hər şeyi düzgün etdik. Ancaq oyunçulara təşəkkür etmək lazımdır, onlar bu matçın əsas personajlarıdır. Futbolçuların bacarıqlarını ayrıca qeyd etmək lazımdır. Bu gün çox qurban verildi, amma qarşıda 90 dəqiqə oynamalı olduğumuz başqa matç var. İlk oyun bizim xeyrimizə oldu, ancaq cavab görüşü çox çətin olacaq. Bunu bilirik" - deyə o bildirib.

Poçettino Münhen təmsilçisi ilə görüşdə zədələnən Markinyosun son durumu haqda da danışıb: "Əzələsində ağrı hiss etdi. Ümid edirik ki, bu çox ciddi zədə deyil və tezliklə yenidən fəaliyyətə başlayacaq.

Argentinalı mütəxəssis 1/8 finalda "Barselona" ilə ilk matçla (4:1) müqayisədə, bu dəfə fərqli nəticə əldə etdiklərini vurğulayıb: "İndi minimal üstünlüyümüz var. Ümid edirik ki, "Bavariya" ilə cavab oyununda "Barselona"ya nisbətən daha yaxşı oynayacağıq. Bu, bizim istəyimizdir.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info