Abbas Hüseynov: “Bu oyunumuz da çətin keçəcək“
Tarix: 07.04.2021 | Saat: 16:00:00 | Oxunub: 833 | E-mail | Çapa göndər
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov klubun rəsmi saytına açıqlama verib.

Futbolmedia.az xəbər verir ki, millimizin üzvü Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçirdikləri oyunu (1:1) şərh edib, növbəti turda qarşılaşacaqları “Sumqayıt”la oyuna ciddi hazırlaşdıqlarını deyib:

“Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

Aprelin 11-i “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info