Klopp: “Real“ın vəziyyətini çox asanlaşdırdıq“
Tarix: 07.04.2021 | Saat: 16:27:00 | Oxunub: 731 | E-mail | Çapa göndər
"Yarımfinalda oynamaq istəyirsənsə, bu hüququ qazanmalısan. Bu gün bunu edə bilmədik. Xüsusən ilk yarıda. Qoldan başqa vurğulanacaq yeganə müsbət məqam odur ki, qarşıda cavab oyunu var".

Futbolmedia.az
"Marca"ya istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib. 53 yaşlı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında "Real"a uduzduqları görüşdən (1:3) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Sadəcə, "Real"a problemlər yarada biləcək qədər yaxşı futbol oynamadıq. Onlar üçün vəziyyəti çox asanlaşdırdıq. Səhvlər ola bilər, amma biz bundan daha çoxuna layiq deyildik. İkinci hissədə yaxşı oynadıq və bir qol da vurduq. Bu, bizim həyat xəttimizdir. İlk yarıda Nabi Keytanı əvəzlədim. Çünki oyunu xoşuma gəlmədi. Amma tək səbəb bu deyildi. Əvəzləmə həm də taktiki idi. O mövqeyə daha bir neçə müdaxilə etmək istəyərdim. İkinci hissədə topla oynayanda xüsusilə intensivliyə ehtiyac duyduq. Səhv edərək, topu itirəndə "Real"ın sürətinə qarşı müdafiə oluna bilməzsiniz. Biz ən sadə vəziyyətlərdə belə topu itirdik. Topa sahib olmağı daha yaxşı bacarmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 13-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
“Real“ - “Çelsi“ oyunu ləğv olunacaq? - UEFA-dan açıqlama
22.04.2021
Ronaldonun sabiq komanda yoldaşı onun rekordunu qırdı
22.04.2021
Çeferin rəqibi Peresi tənqid etdi
22.04.2021
“Real“dan səfərdə böyükhesablı qələbə - La Liqa
22.04.2021
Avropa Klublar Birliyində yeni rəhbər

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info