“Çelsi“ “Portu“ya qarşı - YENİLƏNİR
Tarix: 07.04.2021 | Saat: 11:31:00 | Oxunub: 811 | E-mail | Çapa göndər

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyun keçiriləcək.

Futbolmedia.az-ın məlumatına görə, gecənin ən maraqlı görüşü Almaniyada turnirin son finalçıları "Bavariya" ilə Fransa PSJ-si arasında olacaq.

Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen təmsilçisində Robert Levandovski, Duqlas Kosta, Mark Roka, Korenten Tolisso zədə, Serj Qnabri isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcək. Qonaqlarda Leven Kürzava və Mauro İkardi zədəli, Leandro Paredes cəzalıdır. Marko Verratti və Alessandro Florentsidə isə koronavirus aşkarlanıb. Danilonun isə oynayıb-oynamayacağı bilinmir.

Gecənin digər oyunu İspaniyada olacaq. 1/8 finalda İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdıran Portuqaliya "Portu"su pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə İngiltərənin "Çelsi" klubunu "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından "Liverpul" İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti" isə evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna qalib gəlib - 2:1.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info