Jeremi Boatenq yayda “Bavariya“nı tərk edəcək
Tarix: 06.04.2021 | Saat: 15:13:00 | Oxunub: 793 | E-mail | Çapa göndər
"Bavariya"nın futbolçusu Jeremi Boatenq yayda klubdan ayrıla bilər.

Futbolmedia.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 32 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Klub artıq bunu futbolçunun menecerinə də bildirib. Almaniyalı oyunçunun yayda "Bavariya"nı azad agent kimi tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, Boatenq 2011-ci ildən "Bavariya"da çıxış edir. O, bu müddət ərzində 8 dəfə Bundesliqanı, 5 dəfə Almaniya kubokunu və Superkubokunu, 2 dəfə Çempionlar Liqasını, 1 dəfə Avropa Superkubokunu və Klublararası dünya çempionatını qazanıb. Futbolçu bu mövsüm 22 matçda 1 qol vurub və eyni sayda qolun ötürməsini verib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
“Real“ - “Çelsi“ oyunu ləğv olunacaq? - UEFA-dan açıqlama
22.04.2021
Ronaldonun sabiq komanda yoldaşı onun rekordunu qırdı
22.04.2021
Çeferin rəqibi Peresi tənqid etdi
22.04.2021
“Real“dan səfərdə böyükhesablı qələbə - La Liqa
22.04.2021
Avropa Klublar Birliyində yeni rəhbər

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info