Bakı azarkeş qəbul etməyə hazırdır - Avro-2020
Tarix: 06.04.2021 | Saat: 13:10:00 | Oxunub: 736 | E-mail | Çapa göndər
Avro-2020-yə ev sahibliyi edən bütün 12 şəhər UEFA-nı stadionlara az sayda azarkeşlərini buraxacaqları barədə məlumatlandırıb.

Futbolmedia.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, bəzi şəhərlər stadion tutumunun 10 faizi miqdarında tamaşaçı qəbul etməyə hazırdırlar. UEFA və qurumun prezidenti Aleksandr Çeferin bu rəqəmdən razı deyil. UEFA ilə hər şəhərdəki turnir təşkilatçıları arasında məsləhətləşmələr davam edir.Məsələnin UEFA 20 aprel Konqresində həll ediləcəyi gözlənilir.

Qeyd edək ki, təşkilatçılar azarkeşlərin stadiona buraxılması ilə bağlı qitə futbol qurumuna aprelin 7-dək məlumat verməli idilər. Əks halda, onlar yarışa ev sahibliyi hüququnu itirmə təhlükəsi ilə üzləşə bilərdilər.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info