“Valensiya“ nın futbolçusu Dyakabi irqçi təhqirlərə məruz qaldı - La Liqa
Tarix: 05.04.2021 | Saat: 11:00:00 | Oxunub: 785 | E-mail | Çapa göndər

İspaniyanın "Valensiya" komandasının futbolçusu Muktar Dyakabi irqçi təhqirlərə məruz qalıb.

Futbolmedia.az-ın məlumatına görə, bu, "Kadis"lə La Liqa matçında baş verib.

İlk yarıda rəqib komandanın oyunçusu Xuan Kala Qvineya əsilli fransalı müdafiəçiyə nə isə deyib. Bundan sonra Dyakabi oyunu dayandıraraq, meydanı tərk etməyi qərara alıb.

Onun arxasınca komanda yoldaşları da gedib. Bir müddət sonra müdafiəçi komanda yoldaşlarından geri qayıtmalarını və sonadək oynamalarını xahiş edib, özü isə əvəzlənib.

Yekunda "Valensiya" 1:2 hesabı ilə uduzub.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
“Real“ - “Çelsi“ oyunu ləğv olunacaq? - UEFA-dan açıqlama
22.04.2021
Ronaldonun sabiq komanda yoldaşı onun rekordunu qırdı
22.04.2021
Çeferin rəqibi Peresi tənqid etdi
22.04.2021
“Real“dan səfərdə böyükhesablı qələbə - La Liqa
22.04.2021
Avropa Klublar Birliyində yeni rəhbər

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info