Biabırçılıq. “Sabah“ klubu 7 milyon manat xərclə sonuncu yerdə - FOTO
Tarix: 04.04.2021 | Saat: 16:05:00 | Oxunub: 924 | E-mail | Çapa göndər
“Sabah” klubu 2020-ci il üçün maliyyə hesabatını təqdim edib.

Futbolmedia.az xəbər verir ki, hesabatda gəlirlərin 6 271 066 manat, xərclərin isə 6 860 642 manat təşkil etdiyi vurğulanıb. 2019-cu ildə gəlirlər 6 234 500 manat, xərclər isə 5 836 530 manat təşkil edib. Başqa sözlə, cəmi 36 566 manat gəlir əldə olunduğu halda, klub 1 024 112 manat xərcə düşüb.

Xərclərdə ən böyük artım əmək haqlarında baş verib. 2019-cu ildə klub oyunçuların və digər əməkdaşların əmək haqqı və mükafatlandırılmasına 3 235 151 manat, 2020-ci ildə 4 273 288 manat, başqa sözlə, 1 038 137 manat sərf edib. Azalma isə sair əməliyyat xərclərində, xüsusən, reklam və marketinq xərcləri ilə daşınmaz əmlak və idman obyektlərinə çəkilən xərclərdə baş verib.

Qeyd edək ki, 7 milyon manatadək büdcəyə və əmək haqlarına 1 milyon manatdan çox xərcləməsinə baxmayaraq, "Sabah" klubu hazırda Azərbaycan Premyer Liqasında 20 oyundan 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info