Azərbaycanlı qrossmeysterlərin reytinq cədvəlindəki yeni mövqeləri açıqlandı - FIDE
Tarix: 03.04.2021 | Saat: 17:45:00 | Oxunub: 736 | E-mail | Çapa göndər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb. Futbolmedia.az-ın məlumatına görə, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2851 xal toplayaraq, zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O, həmçisinin18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

Bu şahmatçılardan yalnız 5-nin - Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i - Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Nurməhəmmədov “bürünc“ qazandı, Mariya Stadnik finalda
20.04.2021
Rusiyalı şahmatçı lider oldu - İddiaçılar turniri
20.04.2021
Boksçumuz erməniyə rəqib oldu
19.04.2021
Boksçularımız 1/4 finala yüksəldi
18.04.2021
Türkiyə cüdoçusu Avropa çempionu oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info