Maksim Medvedev: “Çox tez oynayırdılar, biz isə yorulurduq“
Tarix: 31.03.2021 | Saat: 10:11:00 | Oxunub: 845 | E-mail | Çapa göndər
"Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır".

Bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin matçından sonra deyib.

Futbolmedia.az xəbər verir ki,32 yaşlı müdafiəçi çoxlu səhv buraxdıqlarını və nəticədə rəqibin 2 qol vurduğunu bildirib: "Rəqib futbolçular topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qol görürdük. Baş məşqçi ilə oyunu analiz etməliyik".

Medvedevin sözlərinə görə, eyni səhvləri təkrarlamaq olmaz: "Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək"




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info