Patrik Andrade : “Qarabağ“a keçəndən sonra milliyə çağırıldım“
Tarix: 29.03.2021 | Saat: 15:04:00 | Oxunub: 927 | E-mail | Çapa göndər
"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim".

Futbolmedia.az əbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kameruna qalib gəldikləri (3:1) görüşdə 71 dəqiqə meydanda olan 28 yaşlı yarımmüdafiəçi rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir".

Andradenin sözlərinə görə, "Qarabağ"da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: "Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info