Qurban Qurbanov: “Ola bilsin psixoloji təsiri var idi“
Tarix: 02.03.2021 | Saat: 21:03:00 | Oxunub: 730 | E-mail | Çapa göndər

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"yə qarşı görüşdən (3:0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Futbolmedia.az-ın xəbərinə görə, o bildirib ki, oyun pis alınmayıb, tempi düşməyib: "Baxmayaraq ki, "Qəbələ" ilk hissədən sonra hesabda 3 top fərqi ilə geridə idi, öz yaxşı oyununu sona qədər qoruyub saxladı. Elmar Baxşıyevin komandasına uğurlar arzu edirəm".


Q.Qurbanov deyib ki, komandasından razı qalıb: "Futbolçular çox istəkli idilər. Uşaqlara oyundan sonra razılığımı bildirdim. Bizim bol qollu oyunlarımız olur, amma bəzən qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olması deməkdir. İndi fikrimizi qarşıdakı oyunlara kökləyirik.

- "Neftçi"yə məğlubiyyətdən sonra komandada dirçəliş hiss olunur. Sizə elə gəlmirmi ki, o məğlubiyyət komandanı yuxudan oyatdı?

- Bəzən belə oyunlar müsbət bəhrələr verir. Amma" Neftçi"yə kimi umumi məhsuldarlığımız pis deyildi. Komanda yanvar ayından sonra çox istəkli idi. Derbilərdə düşünmədiyin epizodlar olur. Ola bilsin psixoloji təsiri var idi, amma mövsümün sonunda biləcəyik ki, faydası olacaq, ya yox. Belə məğlubiyyətlər hər mövsüm olub. Sadəcə, bu məğlubiyyətdən düzgün nəticə qazanmaq lazımdır. Sırf deyə bilmərəm ki, onun təsiri olub, ya yox.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info