Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq oyunu keçirəcək
Tarix: 02.03.2021 | Saat: 14:00:00 | Oxunub: 727 | E-mail | Çapa göndər
Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Futbolmedia.az xəbər verir ki, bununla bağlı rəsmi məlumat AFFA-nın saytında yayımlanıb.

AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparıldığı və əldə olunmuş razılığa əsasən, komandaların bu il mayın 27-də qarşılaşacağı bildirilib. Görüş Alanyadakı "Oba" stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Türkiyə və və Azərbaycan milli komandaları arasında ötən ilin may ayında da yoxlama görüşü keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu görüş təxirə salınmışdı.

Bu ilki qarşılaşma Türkiyə millisinin "Avro-2020"nin final mərhələsinə hazırlığı çərçivəsində keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info