Azərbaycanlı şahmatçılar irəlilədi - FİDE yeni reytinqi
Tarix: 01.03.2021 | Saat: 13:40:00 | Oxunub: 733 | E-mail | Çapa göndər
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolmedia.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci yerə yüksəlib. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı ola bilib.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Nurməhəmmədov “bürünc“ qazandı, Mariya Stadnik finalda
20.04.2021
Rusiyalı şahmatçı lider oldu - İddiaçılar turniri
20.04.2021
Boksçumuz erməniyə rəqib oldu
19.04.2021
Boksçularımız 1/4 finala yüksəldi
18.04.2021
Türkiyə cüdoçusu Avropa çempionu oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info