“Zirə“nin futbolçusu Davit Volkov əməliyyat olundu
Tarix: 28.02.2021 | Saat: 10:08:00 | Oxunub: 820 | E-mail | Çapa göndər
"Zirə"nin futbolçusu Davit Volkov bu gün İstanbuldakı xəstəxanalardan birində əməliyyat olunub.

Futbolmedia.az bu barədə "Report"a gürcüstanlı hücumçunun özü məlumat verib.

26 yaşlı forvard əməliyyatın uğurlu keçdiyini və özünü yaxşı hiss etdiyini bildirib. O, martın 1-də Bakıya qayıdacağını söyləyib.

Qeyd edək ki, Davit Volkov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XVII turunun oyununda zədələnib. Futbolçunun çiynində körpücük sümüyü sınıb. Onun təqribən 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Volkovla yanaşı, "Zirə"nin digər hücumçusu Filipe Paxtman da uzun müddətə sıradan çıxıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info