Aftandil Hacıyev: “ Biz buraya məğlub olmaq üçün gəlməmişdik“
Tarix: 25.02.2021 | Saat: 21:17:00 | Oxunub: 726 | E-mail | Çapa göndər

“Azərkeşlər oyundan zövq aldı”.

Futbolmedia.az
xəbər verir ki, bu sözləri “Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 17-ci turunda "Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Bu gün həqiqətən çox maraqlı oyun alındı. Düşünürəm ki, azərkeşlər oyundan zövq aldı. Əvvəlcədən də bilindiyi kimi, oyunun favoriti “Qarabağ” idi. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişdik. İstəyirdik meydandan xal ilə ayrılaq. Hətta qapımızda ciddi qol epizodu da verməmişdik. Yalnız duran topdan buraxdığımız qol sonda nəticəni yekunlaşdırdı. Amma verilən tapşırığı futbolçuların dəqiqlilkə yerinə yetirməyə çalışması mənim xoşuma gəldi. Çəkinmədən oynadılar, eləcə də hücumda bir neçə epizod yaxalamağa çalışdıq. Təbii ki, son vuruşlar istədiyimiz kimi olmadı.

Bu gün “Qarabağ”ı təbrik etmək lazımdır. Vacib 3 xal qazandılar. Biz isə yolumuza davam edəcəyik. Bu oyunu tez bir zamanda unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.


- Oyun ərzində əlinizə düşən fürsət qol ilə nəticələnsəydi bu gün 3 və ya 1 xalla meydanı tərk edə bilərdiniz?


- Qeyd etdiyim kimi, həqiqətən inamla gəlmişdik. Bundan əvvəlki oyunda, hətta 4:0 qalib gəldiyimiz oyunda da ciddi epizodlar verməmişdik. Sadəcə diqqətsizlikdəb qollar olmuşdu. Amma həmin oyunda belə 4-5 epizod yaxalamışdıq. Aminin epizodu isə demək olar ki, qol epizodu idi. Bu gün ümumiyyətlə, oyundan razı qaldıq. Ancaq istərdik ki, meydandan ən azı 1 xalla ayrılaq.


- Yeni 3 transferiniz var. Bu gün meydanda idilər. Ümumiyyətlə bu 3 futbolçudan sizi ən çox qane edən kimdir?

- Bizim yeni futbolçularımız gec qoşuldular. Onlar fevral ayının əvvəlində qoşulmuşdular. Biz artıq hazırlığı keçmişdik. Yeni qoşulanlar da iki ay komandasız idilər. Yəni görünür ki, bir qədər onlara vaxt lazımdır. Vaxt da təbii ki, bizdə yoxdur. Ümumi durumumuza görə addımlar atmışıq, komandada oyunçu sayı da az olduğundan bəzi mövqelərdə çatışmazlılar var. Buna görə də yeni transferlər etdik. Bu gün istədikləri formada olmasa da, inanırıq ki, onlar bunu bərpa edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Sezar Meza Kolli “Keşlə”də 100-cü oyununa çıxdı
22.04.2021
“Zirə“də şok itki - Nemanya sıradan çıxdı
21.04.2021
“Sumqayıt” klubu “Qarabağ”la keçiriləcək ilk oyununa itki ilə çıxacaq
21.04.2021
Bədavi Hüseynov: “Qurban Qurbanovun öz fəlsəfəsini yarada bilib“
21.04.2021
Ayxan Abbasov: “Qarabağ“ bizdən də çətin durumdadır“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info