AVRO-2020: Azarkeşlərlə bağlı qərar bu tarixdə veriləcək
Tarix: 25.02.2021 | Saat: 11:28:00 | Oxunub: 782 | E-mail | Çapa göndər
UEFA azarkeşlərin AVRO-2020-yə buraxılma formatını aprelin 7-də müəyyənləşdirəcək.

Futbolmedia.az-ın məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin TASS-a açıqlamasında deyib.

O bildirib ki, fanatlarla bağlı bütün suallara həmin tarixdə aydınlıq gələcək.

Turnirin təşkilatçıları dörd ssenarini (tribunaların tam dolması, maksimum azarkeş tutumunun 50 faizdən 100 faizədək, 20 faizdən 30 faizədək dolması və ya oyunların tamaşaçısız keçirilməsi) nəzərdən keçirirlər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
Ukrayna klubu Pavel Paşayevlə yollarını ayırdı
22.04.2021
“Sumqayıt“ın 350-ci oyunu
22.04.2021
Millimizin üzvü Pavel Paşayevin komandası kubokda mübarizəni dayandırdı
22.04.2021
Bakıdakı oyunlarda azarkeş sayı artırıla bilər
20.04.2021
Nurməhəmmədov 1/4 finalda, Aşırov və Nayfonov uduzdu - YENİLƏNİR

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info