Sərbəst güləş üzrə Azərbaycan yığması Dağıstanda VİDEO
Tarix: 21.02.2021 | Saat: 11:03:00 | Oxunub: 748 | E-mail | Çapa göndər
Sərbəst güləş üzrə Azərbaycan yığması Rusiyanın Mahaçqala şəhərində təlim-məşq toplanışını davam etdirir.

Futbolmedia.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 8-dən Dağıstan komandası ilə birlikdə toplanış keçən milli üzvləri həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır.

Müştərək toplanış fevralın 25-dək davam edəcək. 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərə baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) qatılıb. Yığmanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.

Qeyd edək ki, sərbəst güləşçilərin bir qismi 26 - 28 fevralda Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesi 1 - 14 martda Bakıdakı Olimpiya Güləş Mərkəzində baş tutacaq.






 
Bölməyə aid digər xəbərlər
26.02.2021
Azərbaycan milli komandası qələbə qazandı
26.02.2021
Tyerri Anri baş məşqçi postundan istefa verdi
25.02.2021
“Qarabağ“ - “Səbail“ - Heyətlər
25.02.2021
AVRO-2020: Azarkeşlərlə bağlı qərar bu tarixdə veriləcək
23.02.2021
I Divizionda forma və topdaşıyanlara görə cərimə

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info