Rəşad Sadıqov: “Amma istədiyimiz kimi alınmadı“
Tarix: 20.02.2021 | Saat: 18:28:00 | Oxunub: 718 | E-mail | Çapa göndər

"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

O, 2-ci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: "Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar".




 
Bölməyə aid digər xəbərlər
02.03.2021
Qurban Qurbanov: “Ola bilsin psixoloji təsiri var idi“
02.03.2021
Milimiz “Turan Tovuz”la heç-heçə etdi
02.03.2021
“Qarabağ“ “Qəbələ“yə, “Səbail“ autsayderə qarşı - YENİLƏNİR
02.03.2021
Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq oyunu keçirəcək
28.02.2021
“Zirə“nin futbolçusu Davit Volkov əməliyyat olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info