Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, sonuncu oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başlayıb. “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gəlir.
Turun son matçında isə lider “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, "Qarabağ"la xal fərqini 3-ə yüksəldəcək.
20 fevral
16:00. “Keşlə” – “Zirə” - 2:1 (Birinci hissə)
Qollar: Klesio Bauk, 17 (0:1). Nicat Qurbanov, 19 (1:1) Sadio Tounkara, 21 (2:1)
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASK Arena”
18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”
19 fevral
18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena"
16:00. "Səbail" - "Sabah" - 2:0
Qollar: Amil Yunanov, 16 (1:0), 77
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena"
|