Fransa millisinin sabiq futbolçusu karyerasını başa vurdu
Tarix: 20.02.2021 | Saat: 16:00:00 | Oxunub: 766 | E-mail | Çapa göndər

Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.

Futbolmedia.az
xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesabında bildirib:

“Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm”.

Qeyd edək ki, son klubu "Sent-Etyen" olan Kabay karyerası ərzində “Lill”, “Nyukasl”, PSJ, “Kristal Pelas”, “Əl-Nəsr” kimi komandalarda da çıxış edib. O, 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. Həmçinin Kabay 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.




 
Bölməyə aid digər xəbərlər
03.03.2021
“Mançester Yunayted“in hücumçusu Edinson Kavani zədəsini sağaltdı
02.03.2021
Almaniyanın “Arminiya“ klubunun yeni baş məşqçisi məlum oldu
02.03.2021
“Barselona“nın sabiq prezidenti azadlığa buraxıldı
02.03.2021
“Real“ doğma meydanda qalib gələ bilmədi
02.03.2021
“Arminiya“ baş məşqçisini qovdu - Bundesliqa

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info