Klublarımızın yeni UEFA reytinqi açıqlandı
Tarix: 20.02.2021 | Saat: 13:14:00 | Oxunub: 721 | E-mail | Çapa göndər
UEFA avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra klubların yeni reytinq cədvəlini açıqlayıb.

Futbolmedia.az xəbər verir ki, oynanılan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycan klubları arasında “Qarabağ” ən yaxşı göstəriciyə malik olan komandadır. Mövqeyi dəyişməz qalan Ağdam təmsilçi 21,000 xalla “Feyenoord” (Niderland), LASK (Avstriya) və “Styaua” (Rumıniya) ilə birgə 67-70-ci pillələri bölüşdürür.

“Qəbələ” isə 5,500 xalla 209-217-ci yerləri bölüşür. Mövqeyini qoruyan təmsilçimizlə “Riqa” (Latviya), “Proqres” (Lüksemburq), “Honved” (Macarısta), “Vaduts” (Lixtenşteyn), “Kalyu” (Estoniya), HİK (Finlandiya), “Lütsern” (İsveçrə), “Vitorul” (Rumıniya) və “Domjale”nin (Sloveniya) eyni xalı var.

"Qarabağ" və "Qəbələ"dən fərqli olaraq, “Neftçi” reytinqdə geriləyib. Paytaxt klubu 244-248-ci yerləri bölüşür. Komandanın şərikləri “Dunayska Ştreda” (Slovakiya), “KuPS” (Finlandiya), “Dinamo” (Belarus), “Ararat Armeniya” (Ermənistan) və “Hafnarfyordur” (İslandiya) klublarıdır.

Azərbaycanın digər klubları - “Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 2,500 xalla 301-ci yerə şərikdirlər.

Qeyd edək ki, siyahıya “Bavariya” (127,000) başçılıq edir. "Barselona" (121,000) 2-ci, "Yuventus" (118,000) 3-cüdür.




 
Bölməyə aid digər xəbərlər
03.03.2021
“Zirə“ “Sumqayıt“a, “Neftçi“ “Sabah“a qarşı - Yenilənir
02.03.2021
“Turan Tovuz“un “Neftçi“ ilə oyununun vaxtı məlum oldu
02.03.2021
Araz Abdullayev oynadı, komandası qalib gəldi - Türkiyə birinci liqası
28.02.2021
Milimizin üzvü Paşayev bu tur meydana çıxmadı - Ukrayna Premyer Liqası
26.02.2021
Canluici Buffon rəqiblərini qabaqladı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info